Turistləri narazı salmaq olmaz

Bayram günlərində bankların, daha doğrusu, onların valyutadəyişmə məntəqələrinin işləməməsi bir sıra işbazların işinə yarıyıb. Belə ki onlar ölkəyə gələn çoxsaylı turistlərdən xarici valyutanı dəyərindən xeyli ucuz qiymətə dəyişiblər.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bayram ərəfəsində ölkəyə gələn turistlərin əksəriyyəti eyni problemlə üzləşiblər. Xarici valyutanı manata çevirmək üçün açıq məntəqə tapa bilməyiblər. Novruz bayramı ərəfəsində Azərbaycana 35 mindən çox turist gəlib. Onların əksəriyyətini isə İrandan Azərbaycana istirahətə gələnlər təşkil edib. Qonaqlar dolları manata çevirərkən bəzi işbazların tələsinə düşüblər.

Məlumdur ki, ilin əvvəlindən valyutadəyişmə məntəqələrinin fəaliyyəti dayandırılıb. Xarici valyutanı yalnız bankların filiallarında satıb-almaq olar. Bayram günlərində bankar işləmədiyindən turistlər "qara bazar"a müraciət ediblər.

Mütəxəssislərə görə, dolların məzənnəsinin dəyişməsi və Türkiyədə terror hadisələrinin sayının artması Azərbaycana səyahət etməyi daha da sərfəli edib. Onlara görə, qeyri-neft sektorunun inkişafı baxımından turizm sektoruna diqqətin artırıldığı bir vaxtda valyuta mübadiləsi fəaliyyətinin düzgün qurulmaması yolverilməzdir. İqtisadiyyata isə mənfi təsirləri ilə ötüşür.

Milli.Az

Длительность: 2:08 Просмотров: 2.2K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: turist bank
Пожаловаться

Похожие видео