Nömrələr var, bəs cavab verən?

Tez-tez sərnişin avtobusları sürücülərinin qaydaları kobud şəkildə pozduqlarının şahidi oluruq. Əksər hallarda sürücülər sərnişin yığmaq üçün avtobusu çox təhlükəli sürürlər. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, belə sürücülərə nəzarəti gücləndirmək üçün müəyyən metodlar tətbiq edilməyə başlanılıb. Onlar avtobusu təhlükəli sürərlərsə onda avtobusun arxa şüşələrinə yapışdırılmış nömrələrə zəng vurub məlumat vermək xahiş edilir.

Sürücülər təhlükəli sürərlərsə bu nömrələrlə əlaqə saxlayıb məlumat verin. Paytaxda bir sıra sərnişin avtobuslarının arxa şüşələrinə belə elanlar vurulub. Məsələn, 49 saylı marşrut üzrə hərəkət edən avtobuslarda olduğu kimi..

Bakı nəqliyyat agentliyindən verilən məlumata görə, bu haqda sahibkarlara heç bir göstəriş verilməyib. Yəni bu sahibkarların şəxsi təşəbbüsüdür

Sürücülərə nəzarəti nəzərdə tutan bu metod sərnişinlər tərəfindən müsbət qarşılanıb. Sürücülər deyir ki, bu metod sürücülərin daha məsuliyyətli olmalarına şərait yarada bilər.

Milli.Az

Длительность: 1:53 Просмотров: 2.2K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: mobil nömrə
Пожаловаться

Похожие видео