Küçədə gördüyünüz səhvləri xəbər verin!

Respublikada ilk dəfə olaraq dilin işləndiyi sahələr üzrə yaranan mübahisəli məqamlara son qoymaq üçün "qaynar xətt" istifadəyə verilib. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, artıq vətəndaşlar təklif və iradlarını Dilçilik İnistitutunun 16 57 qaynar xəttinə zəng etməklə bildirə bilərlər. Bu layihə Azərbaycan dilinin qorunması və gənc nəslə olduğu kimi çatdırılması üçün vacib hesab olunur.

İstər dərsliklər, istərsə də şəxs adlarınındakı mübahisəli məqamlara son qoyulur. Artıq küçə reklamlarında da səhvlər olmayacaq.Vətəndaşın dilin işləndiyi bütün sahələr üzrə şikayətləri cəmi bir zənglə həll olunacaq. Dilçilik İnstitu 1657 nömrəli "Qaynar Xətt"i istifadəyə verib.

Layihə dilçilik İnistutunun monitorinq şöbəsinə dəstək məqsədi daşıyır. Çünki, müxtəlif sahələr üzrə mövcud olan nöqsanların aşkara çıxarılması üçün insanların məlumatına ehtiyac var.

Qaynar xətt 10-gündür ki, istifadəyə verilib. İndiyə kimi 20-dən çox vətəndaş zəng edib. Müraciətlər, əsasən xarici adların tərcümə olunmaması, Nuriyev soyadının Nurusoyla əvəz edilməsi, mürəkkəb adların qoyuluşu və küçə reklamlarındakı səhvlərlə bağlı olub.

"Qaynar xətt"ə zəng edən şəxs, məlumat ala və ya şikayət səsləndirə bilər. Müraciət edən şəxsin sualı yerindəcə cavablandırılır. Mübahisəli məqamlara isə ən geci 2 gün ərzində cavab verilir.

Milli.Az

Длительность: 1:46 Просмотров: 2.2K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: küçə səhv
Пожаловаться

Похожие видео