Usta 13 min manatını ala bilmir

205 Просмотров

Добавлено: 29.03.2016
Категории: Разное
Тэги: Usta , manat

Milli.Az bildirir ki, "Xəzər xəbər"ə bir usta müraciət edib və gördüyü bir işin müqabilində əmək haqqını ala bilmədiyini qeyd edir. Onun sözlərinə görə, ev sahibi onların nə az, nə də çox düz 13 min manat pulunu ödəmir. Məsələ ustalar ilə ev sahibləri arasında bağlanmalı müqavilələrin əhəmiyyətini gündəmə gətirir. İşçinin sifarişçi ilə müqavilə bağlamaması bu cür hallara səbəb olur. Reallıq budur ki, əksər sifarişçilər rəsmi prosedurdan qaçınmaq və vergidən yayınmaq üçün bu cür müqavilələrdən imtina edir. Elə müsahibimizin işlədiyi evin sahibi kimi: Məsələ ilə bağlı işəgötürən qismində adı hallanan Elşən Həsənovla da əlaqə saxladıq. O, ustaların pulunun mənimsənildiyini yox, əksinə onların əlavə pul tələb etdiklərini və onu aldatdıqlarını dedi. Ziddiyyətli məqamlar tərəflər arasında müqavilənin əhəmiyyətini bir daha gündəmə gətirir. Usta ilə ev sahibi arasında müqavilə bağlanması isə Azərbaycanda yad anlayışdır. Əslində isə İşəgötürənin əmək müqaviləsindən imtina etməsi sonda onun cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnə bilər. Hüquqşünas qeyd edir ki, qısa müddətli işlərdə əmək müqaviləsi əvəzinə tərəflərin məsuliyyətinin qeydə alındığı yazılı razılaşma da kifayətdir. Bütün hallarda əmək haqqını ala bilməyən şəxs məhkəməyə müraciət etməlidir. Milli.Az