Başqa ad altında pərdələnən oğru tutuldu

Şəki şəhər sakini Abdullayev Bəhruz adlı şəxs Şəki Polis Şöbəsinə Sərxan adlı şəxs tərəfindən soyulduğunu bildirərək şikayət ərizəsi ilə müraciət edib. Milli.Az "Kanal S"ə (Region TV) istinadən xəbər verir ki, müraciət əsasında istintaqa başlayan Şəki ŞRPŞ-nin əməkdaşları oğurluq törətmiş şəxsi saxlamağa müvəffəq olublar.

Əməliyyat axtarış tədbirləri zamanı məlum olub ki, əslində, cinayəti törədən şəxs, əslində, Şəki şəhər sakini, 1993-cü il təvəllüdlü Sadiqov Sadiqdir. O zərərçəkən şəxsə qarşı cinayət əməli törədərkən özünü Sərxan kimi təqdim edib.

Dindirilmə zamanı Sadiq Sadiqovun başqa cinayətlərdə də əlinin olduğu məlum olub.

Hazırda faktla əlaqədar araşdırmalar davam etdirilir.

Milli.Az

Длительность: 1:14 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео