Tullantılardan da pul qazanmaq olar

Bütün dünyada tullantıların, əsasən də kağızın təkrar emalına xüsusi diqqət ayrılır.

Çünki, bunun nəticəsində həm ətraf mühit qorunur, həm də təbii sərvətlərə qənaət edilir. Ekoloqlar isə Azərbaycanda bu işə kifayət qədər önəm verilmədiyini qeyd edirlər.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, iş yerlərində hər gün tonlarla kağız 1 dəfə istifadə olunur, sonra isə zibilə atılır.

Təhsil müəssisələrində də həmçinin dəftərlər, ya da kitablar bənzər aqibətlə üzləşir.

Oxunan qəzet və jurnallar, əşyaların qutuları və tonlarla belə kağızlar.

1 ton kağızın istehsalı üçün azı 10 ağac kəsilir. İstifadə edilmiş kağız məmulatlarının təkrar emalı isə milyonlarla belə ağacın, meşələrin məhv edilməsinin qarşısını alır. Başqa sözlə, 1 dəfə bütün dünyadakı tullantı kağızların 95%-i təkrar emal edilsə, 20 milyon hektar meşə sahəsi xilas edilər.

Tullantı kağızların təkrar emal olunduğu ölkələrdə hava çirklənməsinin 74%, su çirklənməsinin isə 35% azalması qeydə alınıb.

Ekoloqlar Azərbaycanda təkrar kağız emalına ciddi yanaşılmadığını qeyd edirlər. Hazırda bəzi müəssisələrdə istifadə edilmiş kağız, kartonların qəbulu aparılır. Belə müəssisələrin birində 1 ton karton 30-40 manata alınır. Mütəxəssislər bunun kifayət etmədiyini deyirlər.

Təkrar kağız emalı bütün sadalananlarla yanaşı, enerjinin də boşuna xərclənməsinin qarşısını alır. Hər ton təkrar kağız emalı zamanı 3000-4000 kilovat enerjiə qənaət edilir.
Milli.Az

Длительность: 2:00 Просмотров: 3.7K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: Tullantı pul
Пожаловаться

Похожие видео