Bakı bazarlarında saxta düyü

Bakıda mağazalarda sintetik düyü satılır. Novruz süfrələrinin bəzəyi sayılan plov istehlakının maksimum həddə olduğu bu günlərdə yayılan xəbər əhali arasında ciddi narahatlığa səbəb olub. Hətta düyünün sintetik olduğunu sübuta yetirən video-görütülərin də olması belə düyünün insan orqanizmi üçün təhlükəsini gündəmə gətirib.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, 2 müxtəlif düyüdən biri yanaraq kül olur, digəri isə onunla müqayisədə yanmır.

Bakıda sintetik düyü satılır və bunu sübut edən video Novruz bayramına görə plov yeyənlərin çox olduğu bu günlərdə əhali arasında təşvişə səbəb olub. Sosial şəbəkələrdə də yayılmış görüntü insanları narahat edib.

Görüntüyə münasibət bildirən həmin şirkətin direktoru Ağasəf İsgəndərov bunun düyülərin sintetik olması mənasına gəlmədiyini deyir.

Belə düyülərin mövcud olduğunu deyən mütəxəssislərin sözlərinə görə, bunlar xüsusi texnologiya ilə hazırlanır. Bu düyülərin süni olması isə etiketlərində mütləq göstərilməlidir.

Belə düyüləri natural düyülərdən fərqləndirmək üçün müyyən qaydalar var.

Milli.Az

Длительность: 2:17 Просмотров: 5.4K Добавлено: 7 лет назад
Категории: Разное
Тэги: saxta düyü düyü
Пожаловаться

Похожие видео