Bakıda "çənədən saz" taksi sürücüləri ilə nə etməli?

330 Просмотров

Добавлено: 26.03.2016
Категории: Разное

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, bəzən taksilərdən istifadə edənlər elə bir halla qarşılaşır ki, maşını saxlatdırıb düşmək istəyir. Hətta düşənlər də olur. Sürücünün həddindən çox danışması, maşında siqarət çəkməsi və yaxud avtomobili çirkli saxlaması kimi hallar sərnişinlərin narazılığına səbəb olur. Sürücülər isə deyilənləri təsdiq edir. Sərnişənlərin narazılığına səbəb olan bu hallara xüsusən də gecələr tez-tez rast gəlinir. Bəzi taksi sürücülərinin söhbətcilliyi heç də bütün sərnişinlərin ürəyincə deyil. Taksi xidməti göstərənlər vəziyyəti etiraf edir. Ancaq müştəri ilə söhbət etməyi normal sayanlar da var. Daha bir narazılıq avtomobillərin təmiz olmaması, habelə taksi sürücülərinin siqaret çəkməsi ilə bağlıdır. Taksi sürücülərinin gəliri əhaliyə göstərdikləri xidmətə bağlıdır. Müştəri ilə münasibətlər də bu prosesə təsir edən başlıca amildir. Milli.Az