Bakıda bu da oldu: restoranda "zaryadka" pulu

649 Просмотров

Добавлено: 26.03.2016
Категории: Разное
Тэги: Restoran , pul

Restoranda hətta telefonun enerji yığmasına görə müştəriyə əlavə ödəniş yazılıb. Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, qəribə hadisə paytaxt restoranlarının birində baş verib. Maraqlısı odur ki, bu xidmətin pullu olmağı restoranın menyusunda göstərilməyib. Paytaxtdakı restoranların birində müştəridən telefonuna enerji yığmaq üçün da ödəniş tələb olunub. Bu hadisə ilə üzləşən müştəri qəbzin şəklini çəkərək sosial şəbəkələrin birində paylaşıb. O bildirib ki, restoranda telefonu enerji yığdırmağın pullu xidmət olmasından xəbərsiz olub. Həmin restoranın sahibi Əli Vəliyev "Xəzər Xəbər"ə bildirib ki, restoranın enerji alətindən istifadə edildiyi zaman müştəridən əlavə ödəniş istənilir. Baxmayaraq ki, bu xidmət menyuda əks olunmayıb. O, restoranın daimi müştərilərinin qiymətlərdən xəbərdar olması ilə əlaqələndirir. Əli Vəliyev deyir ki, çox vaxt xidmətçilər yeni gələn müştərilərə telefonu enerjiyə qoşmağın pullu xidmət olduğunu deməyi unudur. Belə halda müştəri qəbz gələn zaman öz etirazını ofisianta bildirə bilər. Vətəndaşların bu məsələyə münasibəti isə birmənalı deyil. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, restoranlarda menyuların qiymətləri göstərilməlidir. Əgər menyuda göstərilməyən xidmətə görə pul tələb olunarsa istehlakçının hüququnun pozulmasıdır. Belə hallarda vətəndaş Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 195-2 qaynar xəttinə zəng vuraraq müraciət edə bilər. Milli.Az