Bakıda hər diş həkiminə inanmayın!

Diş həkiminə gedərkən onun ali təhsili, eləcə də peşəkarlığı ilə bağlı çox az adam maraqlanır. Ancaq buna əhəmiyyət verməmək ciddi xəstəliklərə yol aça bilər.
Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir kim, əksər pasientlər müraciət edərkən stomatoloq kimi fəaliyyət göstərən şəxslərin ali təhsil alıb-almadıqları, peşəkarlıq səviyyəsi ilə maraqlanmırlar. Halbuki, mütəxəssislər bu məsələni gözardı edənlərin sonra ciddi sağlamlıq problemləri ilə qarşılaşa biləcəklərini deyirlər.

Ekspertlər hesab edir ki, fərdi stomatoloji kabinetlərdə vətəndaşların məlumat alması üçün xüsusi guşə olmalıdır.

Stomatoloji kabinetlərdə həkimin ali təhsili ilə yanaşı istifadə olunan alətlərin sterilizə olunmasına da xüsusi diqqət yetirilməlidir. Əgər qablaşdırılan alət sterilizə olunubsa onda xüsusi paketin üzərindəki hissədəki zolaq tünd rəngdə olacaq. Yox belə deyilsə, deməli həmin alət sterilizə olunmayıb. Sterilizə olunmayan alətlər isə bir sıra ciddi xəstəliklərə, o cümlədən Hepatit viruslarını yayan əsas səbəblərdəndir.
Milli.Az

Длительность: 1:51 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: diş həkimi
Пожаловаться

Похожие видео