Azərbaycanda qadınlara qarşı zorakılıq artıb

Zorakılıq halları, hüquqların müdafiəsi üçün mühafizə orderi alanların sayı artıb.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, ancaq qadınların çoxu bu mühafizə orderindən və onun üstünlüklərindən məlumatsızdırlar. Bu order nəyə xidmət edir və qadınları nədən qoruyur?

Ötən il Azərbaycanda zorakılığa məruz qalan 6 nəfərə uzunmüddətli mühafizə orderləri verilib. Ancaq əvvəllər isə belə 3-4 fakt qeydə alınırdı. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

2010-cu ildən tətbiq olunan mühafizə orderi yeniyetmələri və qadınları zorakılıq və hüquqlarının pozulması hallarından qoruyur.

Mühafizə orderi verildikdə zorakılıq törədən şəxsin zərərçəkənə yaxınlaşmasına və yenidən ona qarşı zorakılıq törətməsinə icazə verilmir. Order sahibi olan qadın özünə şəxsi mühafizəçi tuta bilər. Həmin mühafizəçi zorakılıq törədən şəxsə qarşı sonradan hansı bir xəsarət yetirilərsə ona qarşı cinayət işi açılmır.

Qısamüddətli, yəni 30 günlük mühafizə orderləri yerli icra hakimiyyəti orqanları, 30 gündən 180 günədək olan uzunmüddətli mühafizə orderləri isə məhkəmələr tərəfindən veririlir.

Mühafizə orderi yalnız uşaq və qadınlar üçün nəzərdə tutulub. Ancaq qadınların əksəriyyəti bu mühafizə orderindən xəbərsizdirlər.
Milli.Az

Длительность: 2:01 Просмотров: 3.1K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: qadınl zorakılıq
Пожаловаться

Похожие видео