Arvadını yumruqla vuran ər tutuldu

Bakıda qadının ərinin yumruq zərbəsindən sonra dünyasını dəyşməsinin təfərrüatı məlum olub.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sabunçu rayonu ərazisində, Savalan qəsəbəsinin Nizami küçəsində baş verib. Qəsəbə sakini Yasin Mikayılov həyat yoldaşı Samirə Mikayılovaya ailə münaqişəsi zəminində yumruqla zərbə endirib. Bu zərbədən sonra qadın dünyasını dəyişib.

Ailə üzvləri dünyasını dəyişən 28 yaşlı Samirə Mikayılovanı dəfn etmək üçün Tərtər rayonuna getdiyindən evdə heç kim olmayıb.

İlkin ehtimallara görə, Mikayılovların azyaşlı övladları xəstələndiyi üçün Yasin həyat yoldaşı Samirəyə əsəbiləşib və "Uşaqları niyə xəstələndirdin?" deyərək onu yumruqla vurub.

Ancaq qonşular bu ehtimalın əsassız olduğunu deyir. Onların sözlərinə görə, martın 21-də 28 yaşını qeyd edən Samirə Mikayılovanın soyuqdəyməsi olub. Xəstəlik sonradan 2 və 5 yaşlı oğullarına da keçib. Sağalmaq üçün tədbirlər görən Samirə bəzi dərmanlar qəbul edib. Qonşuların bildirdiyinə görə, çox keçmədən dərman əks-təsir yaradıb və qadının halı pisləşib.

Hadisə barədə Sabuncu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə məlumat verilib. Meyit müayinə olunmaq üçün Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyininin Sabunçu rayon şöbəsinə aparılıb. Meyiti müayinə edən ekspertlər mərhumun baş nahiyəsində göyərmənin olduğunu deyiblər.

Artıq faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Mərhum Samirə Mikayılovanın həyat yoldaşı Yasin artıq saxlanılıb. Ekspertiza qadının zərbədən öldüyünü təsdiqləsə, Yasin Mikayılovu həbs gözləyir.
Milli.Az

Длительность: 2:05 Просмотров: 3.0K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: arvad yumruq ər tutuldu
Пожаловаться

Похожие видео