Poroşenko futbolçulara tapança payladı

Ukrayna prezidenti Pyotr Poroşenko Avropa çempionatının final mərhələsinə çıxması münasibətilə futbol üzrə milli komandanın baş məşqçisi Mixail Fomenko, Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko və 9 futbolçunu tapança ilə mükafatlandırıb.

Milli.Az-ın məlumatına görə, publika.az "Ukrayna xəbərləri" portalına istinadən xəbər verir ki, dövlət başçısı bu haqqda fərmanı 21 noyabr 2015-ci ildə imzalayıb.

Ancaq fərmanın mətni daha əvvəl dərc edilməyib. Poroşenko yığmanın üzvləri ilə noyabrın 22-də görüşüb. Görüşün nəticələrinə görə idmançılara "yadda qalan hədiyyələr" verilib.

Ukrayna Avro-2016-ın seçmə mərhələsində C qrupunda üçüncü yeri tutub. Ukrayna komandası Sloveniya komandasına qalib gəlib. Komanda qrup mərhələsində Almaniya, Polşa və Şimali İrlandiya ilə görüşəcək.

Milli.Az

Длительность: 0:30 Просмотров: 3.1K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: tapança
Пожаловаться

Похожие видео