İşdən çıxan niyə eyni sahə üzrə iş tapa bilmir?

218 Просмотров

Добавлено: 25.03.2016
Категории: Разное
Тэги: iş yeri

Bir çox insan iş yerindən hansısa nöqsana görə çıxarıldığında eyni sahə üzrə iş tapmaqda çətinlik çəkir. Çünki işdən çıxarılarkən nöqsanın əmək fəaliyyəti sənədlərinə əlavə edilməsi onun digər iş tapmaq imkanını çətinləşdirir. Həmin hallar hansılardır və bu problemdən necə yan keçmək olar? Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, kimsə işdən nöqsanla çıxarılırsa və bu əmək fəaliyyəti ilə bağlı sənədlərinə əlavə olunursa, onun yenidən iş tapması müşkülə çevrilir. Çünki iş üçün başqa yerə müraciət edəndə vahid məlumat bazasında onun Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə görə çıxarılması aşkar olunduqda, bir çox işəgötürən həmin şəxsi işə götürməkdən imtina edir. 70-ci maddənin "ç" bəndində nəzərdə tutulan hallar işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, heç bir üzrlü səbəb olmadan bütün gün işə gəlməməsi, alkoqollu içkilər, psixotrop maddələr istifadə etməsi, qəsdən işlədiyi orqanın gizli məlumatlarını yayması, işəgötürənin mənafeyinə ciddi xələl gətirməsi, iş vaxtı inzibati xəta və cinayət tərkibli əməllər törətməsi daxildir. Vətəndaşların bir nöqsanın növbəti işi tapmağa maneçilik yaratmasına münasibəti fərqlidir. İşəgötürən qərəzli şəkildə, təqsiri olmadığı halda işçini məhz 70-ci maddənin "ç" bəndi ilə işdən azad edirsə onda həmin şəxs dərhal məhkəməyə müraciət edə bilər. Bəzən işəgötürən işçini çıxardığı zaman buna əsas gətirmir. Hüquqşünaslar bu vəziyyətdə qalanları diqqətli olmağa çağırırlar. Bu sənədləri alandan sonra qərar işdən çıxarılan şəxsi qane etməzsə, vətəndaş məhz həmin sənədlər əsasında məhkəməyə müraciət edə bilər. Milli.Az