Bakıda betonqarışdıran "şou"su

Betonqarışdıran avtomobillə hərəkətin intensiv olduğu yolda təhlükəli manevrlər edir. Hətta bəzi minik avtomobillərini sıxışdırmağa çalışır. Bir neçə gün əvvəl Bakıda ağırtonnajlı avtomobillə təhlükəli hərəkət edən sürücünün görüntüləri sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub. Artıq məsələyə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi də müdaxilə edib.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, betonqarışdıran avtomobilin sürücüsünün təhlükəli hərəkətləri bir neçə gün əvvəl paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Avtomobili gah sağa, gah da sola sürdüyü üçün ilk baxışdan sərxoş olduğunu düşünmək olar. Ancaq qəsdən digər maşınların üstünə sürüb qəza şəraiti yaratması belə olmadığını göstərir. Digər sürücülərdən biri avtomobildən enərək ona irad da tutur. O, təhlükəli hərəkətlərindən qalmır və özünə haqq qazandırır.

Şahidlərin sözlərinə görə, Babək prospektində, keçmiş avtomobil bazarının yaxınlığında sürücülər süni tıxac yaradaraq onu dayandırıb döyüblər. Ancaq onun ilk və tək belə ağır tonnajlı avtomobil sürücüsü olmadığını deyən minik avtomobillərinin sürücüləri narahatdır.

Sürücünün özbaşnalığından, Bakı şəhər Dövlət Yol Polisi İdarəsində də xəbərdardırlar.

Vaqif Əsədovun sözlərinə görə, son vaxtlar internet saytlarında və sosial şəbəkələrdə yayılmış belə 7 sürücü barəsində araşdırmalar aparılıb, 5 sürücünün həqiqətən də qayda pozduğu aşkar edilidiyindən onlar cərimə olunublar.
Milli.Az

Длительность: 2:00 Просмотров: 3.0K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: betonqarışdıran
Пожаловаться

Похожие видео