Qadına ev vəd etdi, aldatdı

Bakıda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Həmin şəxs bir qadından külli miqdarda pul alıb ki, guya ona ev almaqda vasitəçilik edəcək. Amma pulu aldıqdan sonra qaçaraq aradan çıxıb. Qadının şikayəti ilə Yasamal polisi onu saxlayaraq istintaqa cəlb edib. Sumqayıt polisi isə evləri qarət edən şəxsi saxlayıb.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, dələduzluq etməkdə şübhəli bilinən ev alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

34 yaşlı Stanislav Bünyatovu Yasamal rayon 29-cu polis bölməsinin əməkdaşları Bahar Əliyevanın şikayəti ilə tutublar.

Zərərçəkmiş Bahar Əliyeva polis bildirib ki, ev almaq üçün rieltora müraciət edib. Stanislav Bünyatov qadına şirin vədlər verərək ona bir neçə ünvanda satılıq evin olduğunu bildirib və 2750 manat beh alıb.

Polis saxta rieltor kimi fəaliyyət göstərən Stanislav Bünyatovun bənzər əməllərinin olmasını istisina etmir.

Sumqayıt polisi isə evləri qarət edən şəxsi saxlayıb. Ceyranbatan bağları adlanan ərazidə yaşayan bir qrup sakin polisə şikayət edib ki, mənzilləri qarət edilib. Araşdırmalara başlayan polis hadisələri törətməkdə şübhəli bilinən Füzuli rayon sakini 45 yaşlı Şükür Quliyevi saxlayıb.

Şükür Quliyev evlərdən götürdüyü qızılların və pulun bir hissəsini qaytarsa da, qalan hissəsini satdığını deyib.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də eyni əmələ görə bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Milli.Az

Длительность: 1:46 Просмотров: 2.8K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: ev qadın vəd etdi
Пожаловаться

Похожие видео