Pul almır, pul satmır - Şəxsiyyət vəsiqəsi niyə tələb olunur?

Bəzi banklar vətəndaşlardan kredit borcunu ödəyərkən belə şəxsiyyət vəsiqəsi tələb edirlər. Şəxsiyyət vəsiqəsi əsasında valyuta dəyişmə bu sahəyə nəzarəti gücləndirmək məqsədi daşıyırdı. Bəs kredit ödəyənlərdən vəsiqə tələb etmək hansı məqsədə qulluq edir?

Pul almır, pul satmır. Sadəcə banka olan kredit borcunu ödəməyə gəlib. Kredit xətti, müştəri kodu, kredit götürənin kimliyi məlum olsa da müştəridən şəxsiyyət vəsiqəsi tələb olunur.

Bu ilin əvvəlində Mərkəzi Bank qərar qəbul etmişdi ki, bir müştəri 500 dollardan artıq məbləğdə valyuta alıb-satarsa, ondan şəxsiyyət vəsiqəsi tələb edilməlidir. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, qərar yalnız valyuta dəyişmə şöbələrinə aid idi və orda nəzərdə tutulmurdu ki, hansısa banka kredit borcu olanlar da 500 dollar ekvivalentindən artıq olan borcunu ödəyərsə müştəridən şəxsiyyət vəsiqəsi tələb olunmalıdır. Amma tələb edən banklar var.

Şəxsiyyət vəsiqəsi əsasında valyuta dəyişmə bu sahəyə nəzarəti gücləndirmək məqsədi daşıyırdı. Bəs kredit ödəyənlərdən vəsiqə tələb etmək hansı məqsədə qulluq edir?

Milli.Az

Длительность: 1:58 Просмотров: 3.2K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео