Maskalı basqın - qarətçi ev sahibinin nəvəsi çıxdı

997 Просмотров

Добавлено: 19.03.2016
Категории: Разное
Тэги: basqın , ev sahibi , qarətçi , nəvə

Sabirabadda nəvə babasının evinə basqın edib. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, əmisi oğlu ilə birgə maskalanaraq evə girən gənc babasını və nənəsini döyərək pullarını aparıb. Hərə iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Evə basqın edən nəvə babasını və nənəsini döyərək pullarını aparıb. Hadisə gecə Sabirabadın Qalağayın kəndində baş verib. 86 yaşlı Ələkbər Əsədovun evinə girən 2 maskalı şəxs onu və həyat yoldaşı, 60 yaşlı Sünbül Əsədovanı döyüblər. Daha sonra mənzildə olan pulu götürürək aradan çıxıblar. Ələkbər Əsədovun qızı oğlunun köynəyində qan ləkələri görüb və atasının evinə edilən basqında onun əlinin olmasından şübhələnib. Bu səbəbdən də oğlu, 24 yaşlı Ceyhun Qurbanovu polisə təslim edib. Məlum olub ki, basqın edənlər Ceyhun Qurbanov və əmisi oğlu, 23 yaşlı Vüqar Qurbanovdur. Onların hər ikisi saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Milli.Az