Banklar 8 gün işləməyəcək - Xəbəriniz olsun!

375 Просмотров

Добавлено: 19.03.2016
Категории: Разное
Тэги: bank , güzəşt

Qarşıda bizi 8 qeyri-iş günü gözləyir. Bu müddət ərzində banklar fəaliyyət göstərməyəcək. Kredit ödənişi, valyutadəyişmə və ya pul köçürmə əməliyyatı həmin tarixlərə düşənlər narahatdırlar. Növbəti süjetdə ödənişlərin necə həyata keçiriləcəyindən danışacağıq. Tətil günlərində valyuta dəyişməyi planlaşdıranlar bunu gərək sabah nahara qədər etsinlər. Çünki bayram günlərində banklar işləmədiyindən , bu sahədə problemlər yarana bilər. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, valyutanı eyni zamanda bayram günlərində də fəaliyyət göstərən bir neçə bankın mübadilə terminallarında da dəyişdirmək mümkündür. Təcili lazım olduqda, prosesi hotellərdə də həyata keçirmək olar. Valyutanı dəyişərkən məzənnəyə xüsusi ilə diqqət yetirmək lazımdır. Çünki Mərkəzi Bankı bayram günləri üçün konkret rəqəmi açıqlayıb. 1 amerika dolları-1 manat 58 qəpik. Odur ki, bu rəqəm yalnız 1,52 - 1,64 civarında dəyişə bilər. Daha bir problem isə , bayram günlərinə ödəniş tarixinin düşdüyü kreditlərlə bağlı ola bilər. Ekspertlər məsləhət görürlər ki, vətəndaşlar ilk olaraq kredit müqavilələrinə nəzər salaraq , bayram günlərində ödənişlə bağlı güzəştlərin edilib edilməməsini aydınlaşdırsınlar. Əgər terminal da yoxdursa, o zaman sabah banka baş çəkərək, ödənişin bayramdan sonra həyata keçirilməsi ilə bağlı məsələni qaldırmaq olar.