Papaq atmaya son qoyaq?! - REPORTAJ

TTV (Region TV) xəbər verir ki, hər bayramda olduğu kimi Novruz bayramının da özünəməxsus adət-ənənəsi var. Novruzda tonqal qalanır, müxtəlif şirniyyatlar bişirilir, süfrəyə "s" hərfi ilə başlayan 7 nemət düzülür, qapı pusulur və evlərə papaq atılır. Bu dəfə biz adət-ənənələrdən daha çox, ötən əsrlərdən bəri qeyrət-namus hesab edilən papağın yerə atılmasının nə qədər doğru olduğuna toxunacağıq. Ətraflı Leyla Abbasovanın reportajında.

Əvvəllər Novruz bayramında qapılara papaq atmırdılar, bacadan xurcun sallayırdılar. Ev yiyəsi də bacadan asılan xurcunu boş qaytarmazdı. Şirniyyat və çərəzlə doldurub geri göndərərdi. Papaq atma isə 20-ci əsrin əvvələrində yaranıb. Sovet ideologiyası bir çox adətlərin üzərindən xətt çəkdiyi kimi xurcunu da papaqla əvəz etdi. Folklorşünas Ağaverdi Xəlilin sözlərinə görə, 20-ci əsrlərədək qapılara papaq yox xurcun, torba atılardı. Bu adətin adı papaq atdı olsa da, əsasən xurcundan istifadə olunardı.Bu ənənə uzun köklərə dayanır. Novruz bayramının tarixi kökləri və etimologiyası haqqında müxtəlif yorumlar var. Ötən əsrin əvvəllərinədək kişinin papağının oğurlanması onun sahibi ilə düşmən olmaq kimi qiymətləndirilirdi. Yəni papağın özünəməxsus çəkisi vardı.

Milli.Az

Длительность: 3:50 Просмотров: 3.3K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: Papaq atma
Пожаловаться

Похожие видео