Xatirəylə Teymur Əmrah söz davasına çıxdılar: "Kişi geyimindədirsə, kişi kimi..."

ATV-nin "Bizimləsən" verilişində xalq artisti Gülyaz Məmmədovanın tələbəsi Elvin Qasımovun ifası müzakirələrə səbəb olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, veriliş zamanı münsiflər kürsüsündə əyləşən müğənni Xatirə İslam G.Məmmədovanın tələbəsinin ifasını bəyənmədiyini deyərək, onun qadın səsilə oxuduğunu bildirib: "Kişinin qadın səsilə oxuması ayıbdır".

X.İslamın bu sözləri isə əməkdar artist Teymur Əmrahın narazılığına səbəb olub: "Bayaq Xatirə xanımın çıxışına qulaq asdım. Demək istəyirəm ki, Allahın verdiyi səsdir. İnsanların adı olduğu kimi, səslərin də adı var. Qadın səsi var ki, kişi səsinə bənzəyir, buna deyirlər meta soprano. Buna sataşmaq Allaha sataşmaqdır. Kişi səsi var ki, incədir. Buna da deyirlər ultra lirik tenor. Məsəlçün, mənim səsim də incədir".

T.Əmrahın fikirlərinə X.İslam da cavab verib: "Bayaq dediniz ki, kiminsə səsinə sataşmaq Allaha sataşmaqdır. Mən bilmək istəyirəm ki, kimin səsinə sataşmışam? Sözləri mənə deyirsiz? İnsan kişi geyimindədirsə, kişi səsi ilə oxumalıdır. Mən bu fikrimdə qalıram. Mən müəllim deyiləm, amma loru dildə başa sala bildim?"

T.Əmrah isə həmkarına bu cür münasibət bildirib: "Ümumiyyətlə, siz olmayın, başqası olsun. İnsan ifaçılıqdan başqa, vokal sənətini dərindən biləndə tam düzgün analiz edir. Elə qadınlar da var ki, kişi kimi oxuyurlar. Onda nə edək?"

Milli.Az

Длительность: 5:13 Просмотров: 3.7K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: veriliş ifa
Пожаловаться

Похожие видео