"Maşın qadını vurub, 20 metr uzağa tulladı" - Qəza şahidi

Bakıda yüksək sürət - bunu həm də sürücü məsuliyyətsizliyi adlandırmaq olar - daha iki piyadanın ağır xəsarət almasına səbəb olub.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, bu ağır yol qəzası paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsində qeydə alınıb. 34 yaşlı Cavid Nəzərov idarə etdiyi "Audi" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən iki piyadanı vurub. Zərbə elə güclü olub ki, qadınları 10 metrdən çox məsafəyə tullayıb. Dəhşətlisi isə budur ki, hadisə piyada keçidinin üzərində baş verib.

48 yaşlı Sənubər Hacıyeva və həmyaşıdı olan xalası qızı Raifə İsayeva qohumlarının evinə bayramlaşmağa gedirmişlər. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıblar. Dərhal əməliyyat olunan zərərçəkənlərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Qəzanı törədən sürücü sərxoşluğun müayinəsi məntəqəsinə aparılıb. Amma Cavid Nəzərovun sərxoş olmadığı aydınlaşıb. Avtomobil cərimə meydançasına aparılıb. İlkin ehtimala görə, bu qəzanın da səbəbi yüksək sürətdir.

Milli.Az

Длительность: 1:09 Просмотров: 2.5K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео