Poçtlarda pulköçürmə niyə bahadır?

Ölkə daxilində pul köçürmələri üçün insanlar həm poçtlardan, həm də banklardan faydalanırlar. Ancaq bu xidməti göstərmək üçün poçtların təqdim etdiyi tariflər məbləğindən asılı olaraq banklardakı tariflərdən dəfələrlə yüksəkdir. Əslində bir çox ölkələrdə dövlət tərəfindən göstərilən bu xidmət daha ucuz olduğu halda Azərbaycanda bu vəziyyət niyə əksinədir? Xəzər Xəbər mövzunu araşdırıb.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, Azərbaycanın bir bölgəsindən digərinə pul göndərmək üçün bankların və poçtların öz tarifləri var. Ancaq maraqlı olan budur ki, poçtların pul köçürmələri üçün tələb etdiyi məbləğ, bankların eyni xidmət üçün tələb etdiyi vəsaitdən dəfələrlə yüksəkdir.

Məsələn poçtla 50 manat pul göndərmək istəyən şəxs 1 manat 50 qəpik, bankla göndərmək istəyən şəxs isə 20 qəpik ödəməlidir. Məbləğdə təxminən 7 dəfə daha çox bir fərq var...Eləcə də 100 manat və 1000 manatlıq ölkədaxili pul köçürmələri üçün də poçtla banklar arasındakı qiymət fərqini daha aydın başa düşmək olur.

Длительность: 2:28 Просмотров: 2.7K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: Poçt pulköçürmə
Пожаловаться

Похожие видео