Yay vaxtının ləğvi Azərbaycanda nələri dəyişdirəcək?

194 Просмотров

Добавлено: 18.03.2016
Категории: Разное

Nazirlər Kabineti yay vaxtına keçidi ləğv etdi. Bununla da Azərbaycanda 1997-ci ildən tətbiq olunan yay-qış vaxtına keçid prosesinə son qoyulub. Beləliklə də, hazırkı vaxt artıq dəyişmədən ilboyu davam edəcək. Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, Azərbaycan yay vaxtına keçiddən imtina edib. Nazirlər Kabinetinin qərarına əsasən, artıq bu ənənə ləğv olunub. Artıq oktyabrın son bazar günündə qış, martın son bazar günündə isə yay vaxtına keçilməyəcək. Saatlar hazırki vaxtına görə qalacaq. Yerli alimlər vaxt dəyişiminin ləğvini məqsədəuyğun sayır. Məqsədi enerjiyə qənaət etmək olsa da dəyişiklik Azərbaycan kimi enerji sərfiyyatı sabit olan ölkələrə heç nə qazandırmır. Vaxt dəyişikliyi bir çox insanda hətta depresiyaya kimi gətirib çıxarırdı. Hazırda 78 ölkədə vaxt dəyişimi tətbiq olunur, 161 ölkədə isə bu təcrübədən imtina edilib. Milli.Az