Azərbaycanda dəhşətli yol qəzası: ölənlər var

Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 16-da saat 18 radələrində Ağcabədi rayonunun Boyad kəndində rayon sakinləri İlqar Dadaşovun və Niyaməddin Hüseynovun idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub, nəticədə idarəetməni itirmiş İ.Dadaşov avtomobili yolun kənarındakı ağaça çırpıb. İ.Dadaşovun sərnişinləri - Şaban Mehdiyev və Vüsal Atakişiyev hadisə yerində ölüblər, özü və daha 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Длительность: 0:46 Просмотров: 2.8K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео