Gəncədə qızı keçmiş nişanlısı bıçaqladı

Gəncədə qadın keçmiş nişanlısı tərəfindən bıçaqlanıb. Hər iki şəxs şəhərin şadlıq saraylarından birində rəqqas işləyir.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, bıçaqlanma hadisəsi şəhərin Cavadxan küçəsində, kafelərin birinin qarşısında baş verib. Şəhər sakini, 20 yaşlı Nuriyyə Cabbarova kafedən kətə alıb tanışının avtomobilinə minmək istiyərkən keçmiş nişanlısı Oruc Quliyev onu görüb. O, dərhal Nuriyyə Cabbarovaya yaxınlaşıb və münaqişə zamanı onu bıçaqlayıb.

Nuriyyə Cabbarova, zərərçəkən: "Dəfələrlə məni təhdid edirdi, axtarırdı, vururdu. Bu gün də toydan işdən çıxırdım, bir yer var, oradan anama kətə almağa getmişdim. Oradan çıxanda iş yoldaşım Samir maşınla məni evə aparmaq istədi, o da gəldi, maşının qapısını açdı, mənə yumruq vurdu. Mən üzümü çəkəndə qolunda bıçaq gizlətmişdi, üzümdən vurmaq istəyəndə maşından o tərəfə keçdim və qıçımdan vurdu".

Yaralı dərhal yaxınlarının köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib və ona ilkin tibbi yardım göstərilib.
Mehman Hüseynov, həkim: "Sağ baldırın ön iç hissəsinin orta üçdə birinin deşilmiş, kəsilmiş yarası ilə daxil olub. Xəstənin ümumi vəziyyəti stabildir, hal-hazırda şöbəmizdədir, yardım olunub. Həyatına qorxu yoxdur".

Hadisə yerindən qaçan Oruc Quliyevin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Milli.Az

Длительность: 1:26 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: nişanlı bıçaq
Пожаловаться

Похожие видео