Azərbaycanın kəndi gülləbaran edildi

Təmas xəttində yerləşən Goranboyun Tapqaraqoyunlu kəndi düşmən tərəfindən üç istiqamətdə atəşə məruz qalıb. Bayram günlərində gülləbaran halları daha tez-tez baş verir.

Milli.Az TTV-yə (Region TV) istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri Goranboy rayonunun Tapqaraqoyunlu kəndini avtomat və pulemyotlardan intensiv atəşə tutublar. Düşmənin açdığı atəş nəticəsində kənd orta məktəbinə ciddi ziyan dəyib. Təhsil ocağının pəncərələri sınıb, dam örtüyü zədələnib.

Gülləbaran gecə saatlarında, uşaqların məktəbdə olmadığı vaxtda baş verdiyindən xəsarət alan olmayıb. Kənddəki yaşayış binaları da gülləbarana məruz qalıb. Pəncərə şüşələri sınıb, evlər dağılıb, dam örtüklərinə zərər dəyib. İnsan tələfatı və xəsarət alan yoxdur. Son günlər, xüsusilə də bayram ərəfəsində atəşkəs rejiminin tez-tez pozulmasına baxmayarq kənd sakinləri düşməndən qorxmadığını və kənddə həyatın öz axarı ilə getdiyini deyirlər.

Milli.Az

Длительность: 1:38 Просмотров: 2.5K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: kənd
Пожаловаться

Похожие видео