Bu kənddəkli evlərin hamısı taxtadan tikilib

İndi sizə Tovuzun ucqar dağ kəndlərindən biri haqqında danışacağıq. Bu kənd bir neçə maraqlı adətləri və özlərinəməxsus yaşayış tərzləri ilə qonşu yaşayış məntəqələrindən fərqlənir. Yəqin sizə də maraqlıdır söhbət hansı kənddən və hansı maraqlı adətlərdən gedir.

Milli.Az TTV-yə (Region TV) istinadən xəbər verir ki, Tovuzun dağ kəndlərindən biri də Qaradaş kəndidir. El arasında bura Seyidlər kəndi də deyilir. Hər tərəfdən dağlarla əhatə olunan yaşayış məntəqəsi ilin bütün fəsillərində füsunkar təbiəti ilə göz oxşayır. Bundan başqa kəndin digər özəllikləri də az deyil.

Burada əksər evlərdə iki qızdırıcı sobaya rast gəlmək mümkündür. Maraqlıdır, təbii qazın çəkildiyi evlərdə ikinci sobaya nə ehtiyac var... Müsahibimiz deyir ki, ikinci soba həm də qonaq gələnlərə də xidmət edir.

Kənddə həm də hər bir evin içərisi taxta materiallarla örtülüb. Həmsöhbətimiz deyir ki, bu da sakinlərin bütün fəsilləri nəzərə almasından irəli gəlir. Taxta qışda istiliyi yaxşı saxlayır. Yayda isə evin fasadını qızdırsa da, içəri sərin olur.

Milli.Az

Длительность: 1:49 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: taxta ev kənd
Пожаловаться

Похожие видео