Kredit kartı olanlar izləsin

Banklar kredit kartlarına yeni məhdudiyyətlər tətbiq etməyə başlayıblar. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, yeni problemi kreditlərin yaranmasından ehtiyat edən banklar borcu qalmayan kredit kartı müqavilələrini vaxtı bitmədən bir tərəfli qaydada ləğv edir.

2015-ci ilin sonlarına qədər Azərbaycan banklarının 1 milyon 322 min ədəd kredit kartı dövriyyədə olub. İlin sonuna qədər kartların sayı 312 min azalaraq 1 milyon 10 minə düşüb. Burada sahiblərinin kartları ləğv etdirməsi ilə yanaşı bankların tətbiq etdiyi məhdudiyyətin də rolu böyükdür.

Əsasən intensiv istifadə edilməyən kredit kartları ləğv olunur. İstifadə edilən bir çox kartın isə kredit limiti azaldılıb.

Qanuna görə bank hər bir halda müştəriyə yazılı və ya şifahi formada xəbər verməli və proseduru ona izah etməlidir. Şəxs, kredit kartında yaranan problemi aradan qaldırmaq üçün müqavilənin şərtlərini oxumalıdır.

Milli.Az

Длительность: 1:57 Просмотров: 2.3K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: Kredit kartı
Пожаловаться

Похожие видео