Niyə boşanırlar?

Aylarla bir birini sevdiklərini deyir, bəlkə də ətrafdakı insanları, valideynlərini buna inandırıb evlənirlər. Üzərindən bir neçə il keçəndən sonra ən xırda mövzuda belə anlaşa bilmir, ya da bir xəta ucbatından ayrılırlar. Ailə dağılır, sosial-psixoloji vəziyyət sarsılır, uşaq da ya ana, ya da ata qayğısından məhrum böyüyür. Qısaca bu şəkildə izah oluna bilən boşanmaların səbəbləri açıqlanıb.

Xasiyyət uyğunsuzluğu, uşaq olmaması, xəyanət, alkoqol alulədiçiliyi, narkomaniya, fiziki zorakılıq, xəstəliklər...

Bunlar boşanmaların əsas səbəbləridir. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə ötən il Azərbaycanda 12 min 886 nikah pozulub. Boşanmaların səbəbləri isə müxtəlifdir. Ancaq xasiyyətlərin uyğunsuzluğu əsas yeri tutur. Bu səbəbdən ötən il 7 min 318 cütlük ayrılıb.

Uşaqların olmaması isə siyahıda ikinci yeri tutur ki, bu səbəbdən 609 boşanma olub. Boşanmaların səbəbləri arasında üçüncü yeri xəyanət tutur. Əsasən kişilərin ittiham olunduğu bu hala görə 413 ailə dağılıb. Alkoqol aludəçiliyinə görə 369, maddi vəziyyətə görə 302 cülük, fiziki zorakılığa görə 228, xəstəliyə görə 224, narkomaniyayaya görə isə 171 cütlük ayırılıb.

Boşanma halları əsasən 25-35 yaş aralığındakı cütlüklərdə olur. Sosiolaqlar, ən xırda məsələdə belə anlaşmazlıqlar yaşayan cütlüklər arasında dözümsüzlüyün azaldığını, buna da milli dəyərlərin arxa planana keçməsinin səbəb olduğunu deyirlər.

Sosioloq Faiq Ələkbərovun fikrincə ailə münasibətləri milli - mənəvi dəyərlərə söykənərsə, sevgi və səbrlə yoğrularsa daha sağlam olar.

Milli.Az

Длительность: 2:10 Просмотров: 2.8K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: boşanma
Пожаловаться

Похожие видео