Qayda pozuntularına fərq qoyulur?

249 Просмотров

Добавлено: 17.03.2016
Категории: Разное

Bəzi yol hərəkəti qaydaları var ki, sürücülər həmin qaydaları pozmalarına baxmayaraq cərimə olunmurlar. Hətta belə qayda pozuntuları müşahidə kameralarının olduğu yollarda pozulur. Söhbət piyada keçidi qarşısında olan stop xəttinin keçilməsindən manevr etmə eləcədə işıqforun sarı işığından keçilmə qaydasından gedir. Yol polisi isə belə sürücülərə xəbərdarlıq edir. Sürücülər piyada keçidi qarşısında olan stop xəttini keçdikdən sonra avtomobili saxlayıblar. Bu yolda isə yük avtomobilinin sürücüsü sola dönmək üçün sağ zolaqdan istifadə edir. Görüntülər Paytaxtın Nəriman Nərimanov metrostansiyası yaxınlığından və Xətai rayonu Nobel prospektindəndir. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, yol hərəkəti haqqında qanunda göstərilir ki, sürücülər sola və geriyə dönərkən sol zolaqdan hərəkət etməlidirlər. Ancaq, yollarda bəzi sürücülər var ki, sol zolağı tutmalı olduğu halda, sağ zolaqdan sol və geriyə dönürlər. Özüdə bütün bunlar təhlükəsiz şəhər kameralarının qarşısında baş verir. Əksər hallarda bəzi yol hərəkəti qaydaları müşahidə kameralarının görüntü dairəsində olmasına baxmayaraq sürücülər cərimə olunmurlar. Ekspertlər deyirki, belə qayda pozuntularına yol verən sürücülər cərimələnmədikdə növbəti dəfədə eyni qaydanı pozmuş olurlar ki,nəticədə də, yolda olan digər hərəkət iştirakçıları üçün təhlükə yaranır. Ekpertlər hesab edir ki, bu cür qayda pozuntularına görə inzibati məsuliyyət nəzərdə tutulur. Bunun cəzasız qalması isə sürücüləri daha ços xəta törtməsinə səbəb olur. Kameralar vasitəsi ilə qerydə alınan qayda pozuntularının əksəriyyəti məhz sürət həddinin aşılması, dayanma durma qaydalarının pozulması qadağan edilmiş istiqamətlərdə hərəkət və sairə ilə bağlı olur. Hansı ki, bunları müşahidə etmək daha asandır. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə sürücülər və ekspertlərin dedikləri ilə razılaşmır. Qayda pozuntuları arasında fərq qoyulmadığını deyən bölmə rəisi sürücülərə də xəbərdarlıq edir. Milli.Az