Türkiyədə Boğaziçi körpüsündə terror həyəcanı

13 mart tarixində Ankarada baş vermiş dəhşətli terror hadisəsindən sonra Türkiyənin müxtəlif şəhərlərində terror həyəcanı davam edir.

Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, PKK-ya qarşı başladılan əməliyyatlar çərçivəsində müxtəlif şəhərlərdə şübhəli şəxslər saxlanılır, oğurlanmış bütün avtomobillər isə axtarılır.

İstanbul polisi bu dəfə tərk edilmiş avtomobildən şübhələnərək şəhərin bütün nəqliyyatını iflic edib. İstanbulun Avropa və Asiya hissələrini birləşdirən Boğaziçi körpüsündə tərk edilmiş bir avtomobil, polislərin diqqətini çəkib. Avtomobildə bomba olmasından şübhələnən polis, körpünün hər iki tərəfinin giriş-çıxışları bağlayıb. Əraziyə bomba mütəxəsisi gəlib. Tərk edilmiş avtomobil bomba mütəxəsisi tərəfindən partladılıb. Lakin bir qədər sonra məlum olub ki, avtomobilin benzini bitdiyi üçün sürücü avtomobilini körpünün ortasında tərk etməli olub. Sürücü polisi məlumatlandırdıqdan sonra başqa bir avtomobilə əyləşərək ərazidən uzaqlaşıb.

Milli.Az

Длительность: 1:26 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео