Bakıda 3 nəfər bıçaqlandı

Bakıda bir gecədə 3 nəfər bıçaqlanıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bıçaqlanma hadisələrindən ikisi Sabunçu rayonunda, biri isə Suraxanı rayonunda qeydə alınıb. Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsindən verilən məlumata görə, Ramana qəsəbəsi Südçülük Sovxozu adlanan ərazidə 62 yaşlı Vaqif Əliyev bıçaqlanıb. O bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Yaralı dərhal əməliyyat olunub. Həkimlər boyun nahiyəsindən bıçaqlanan Vaqif Əliyevin həyatı üçün təhlükə olmadığını bildiriblər.

Bakıxanov qəsəbəsi Hacınski küçəsində isə 43 yaşlı Dəyanət Əhmədov bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. O, dərhal əməliyyat olunub. Həkimlərin müdaxiləsindən sonra Dəyanət Əhmədovun həyatı üçün təhlükə aradan qaldırılıb. Yaralı həkimlərə kabab bişirərkən yıxıldığını və bu zaman bıçağın onun qarın nahiyəsinə batdığını bildirib. Yaralının ifadəsinin düzgünlüyü Sabunçu rayon Polis İdarəsinin apardığı araşdırmalardan sonra bəlli olacaq.

Suraxanı rayonunda isə, 48 yaşlı Elnur İsmayılov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ətrafdakı insanların çağırdığı təcili tibbi yardımla xəstəxanaya gətirilib. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. Yaralı reanimasiyaya yerləşdirildiyindən polislər onun ifadəsini ala bilməyiblər.

Faktla əlaqədar araşdırmalara başlanılıb.
Milli.Az

Длительность: 1:20 Просмотров: 2.2K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео