Bəy və gəlinin qeyri-adi toy karvanı

Görənlər o anları qaçırmamaq üçün telefonları ilə çəkdilər. Söhbət yük maşınlarından ibarət toy karvanından gedir. Bir çoxları gəlin gətirmək üçün bahalı maşınlar axtarsa da Tərtər sakini ənənəni pozub, gəlinə sürpriz edib. Gəlini gətirməyə yük maşınlarından ibarət karvanla gedib.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, gəlin də, gəlini gətirənlər də hamısı yük maşınındadır. Toy karvanı yük maşınlarından ibarətdir. Görənləri təəccübləndirən toy Tərtərdə olub.

"Report" bildirir ki, çoxları gəlin gətirməyə bahalı və lüks avtomobil axtarışında olsa da Orxan Səfərli bu iş üçün öz "çörək ağacı" saydığı yük avtomobilini seçib. Bu işdə ona 35 illik yük maşını sürücüsü atası Sultan Səfərov və peşə yoldaşları dəstək verib.

Bunun üçün onlar əvvəlcə gəlin maşınını başdan ayağa bəzəyiblər. Avtomobili 26 yaşlı bəy özü sürüb. Digər 15 yük maşını ilə birlikdə Sarıcalı kəndindən Tərtər şəhərinə gəlin gətiriblər.

Bu anlar gəlin Arzu Səfərli üçün də unudulmaz olub. Yük avtomobillərindən ibarət toy karvanı Tərtər küçələrində xeyli marağa səbəb olub. Qohumları və dost - tanışları cütlüyə xoşbəxtlik arzulayıblar.
Milli.Az

Длительность: 2:03 Просмотров: 3.8K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео