Uzunqulaq sahibini ölümlə üz-üzə qoydu

1444 Просмотров

Добавлено: 15.03.2016
Категории: Разное
Тэги: Uzunqulaq , ölüm

Sosial şəbəkələrdə paylaşılan bu video insanlarda həm gülüş doğurur, həm də qorxu. Milli.Az faktxəbər-ə istinadən bildirir ki, müşahidə kamerasının vasitəsi ilə qeydə alınan kadrların hardasa Şərq ölkəsində baş verdiyi anlaşılır. Kadrlardan görünür ki, dəmiryolu stansiyasının yaxınlığında insanlar qatarın keçməsini gözləyir. Qatarın uzaqdan gəldiyini görən kişi ulaq arabasına minir ki, şlaqbaum götürülən kimi yolu keçsin. Lakin heyvan bunu getmək işarəti kimi qəbul edərək yola düşür. Heyvan sahibinin bütün cəhdlərinə baxmayaraq dayanmır və relslərin üstünə çıxır. Elə bu an qatar gəlir. Xoşbəxtlikdən kişi salamat qalır. Milli.Az