Gömrük rüsumu azaldıla bilər

254 Просмотров

Добавлено: 15.03.2016
Категории: Разное
Тэги: Gömrük rüsumu , rüsum

Azərbaycana idxal edilən bir sıra məhsulların gömrük rüsumu azaldıla bilər. Milli.Az XəzərXəbər-ə istinadən bildirir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu azaldılmalar əsasən xammal və Azərbaycan mənşəli məhsulların istehsalı üçün komponentlərin idxalı üzrə gömrük rüsumlarına aid ediləcək. İki ay ərzində Azərbaycana siqaret idxalı 6 dəfə azalıb. Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, İran və Gürcüstanla vizasız rejimdə olduğumuz üçün işbazlar bundan öz məqsədləri üçün istifadə edir. Azalma ilk növbədə ölkəyə guya şəxsi ehtiyaclar üçün gətirilən, lakin kommersiya məqsədləri üçün istifadə edilən tütün məhsullarının ölkəyə idxal hallarının qarşısının alınması ilə bağlıdır. Aydın Əliyevin iştirakı ilə baş tutan "Gömrük sistemində inkişaf və gələcək perspektivlər" adlı konfransda ixracın stimullaşdırılması, sahibkarların gömrük rəsmiləşdirilməsində qarşılaşdığı problemlərə toxunulub. Konfrans zamanı emal gömrük rejiminin tətbiqi də təklif olunub. Yəni, idxalçı malı gömrük komitəsinin icazəsi ilə rüsum və vergi ödəmədən gətirməli və müəyyən müddətdə emal edib ixrac etməldir. Milli.Az