Polis reyd keçirir

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, həyatlarını təhlükəyə atıb, hələ də keçiddən yox, yoldan keçən piyadalar var. Yol polisi yeraltı və yerüstü keçidlərin olduğu ərazilərdə piyadalara qarşı reyd keçirərək, onları cərimələyir. Elə bunun nəticəsidir ki, bu ilin əvvəlindən bu günə qədər 20 mindən çox piyada cərimə olunub.

Sürətlə hərəkət edən avtomobillərin arasından yolu keçməyə cəhd edir. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, görüntülər paytaxtın Yasamal rayonunda metronun "20 yanvar" stansiyasının yaxınlığında piyadalara qarşı keçirilən reyddəndir.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ərazidə yeraltı keçid olsa da, piyadalar yoldan keçməyə üstünlük verirlər. Polis yoldan keçmək istəyənlərə dəfələrlə keçiddən keçməli olduqlarını işarə etsə də, bəzi piyadalar buna məhəl qoymurlar.

Elə bunun nəticəsidir ki, paytaxt ərazisində gün ərzində qanunsuz yerdən keçən 500-ə yaxın piyada cərimələnir. Onlar "Yol hərəkəti haqqında" Qanunun 40-cı maddəsinin tələbini pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun protokol tərtib edilərək, 20 manat cərimə olunurlar.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov onu da qeyd etdi ki, təyin olunmayan yerdən keçən piyadalar ümumi hadisələrin 50 faizini təşkil edir. Yəni ilin əvvəlindən bu günə qədər baş vermiş 121 qəzandan 59-u piyada vurulması olub ki, nəticədə 11 nəfər ölüb, 52 nəfər xəsarət alıb.

Milli.Az

Длительность: 2:00 Просмотров: 2.5K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: polis reyd
Пожаловаться

Похожие видео