Novruz süfrəsi neçəyə başa gələcək?

334 Просмотров

Добавлено: 15.03.2016
Категории: Разное
Тэги: Novruz süfrəsi

Təkcə ona görə yox ki, martda ənənəvi olaraq bir həftə ərzində qeyri-iş günləri olur - bir çoxları bayramı şəkərbura-paxlava yemək üçün gözləyir. Amma Novruzda masaya sadəcə şirniyyat qoyulmur. Novruz menyusunu xanımlar əvvəlcədən düşünürlər ki, bayram ən dadlı və gözəl görünüşü olan yeməkləri bişirsinlər. Ailədən ailəyə bayram menyusu fərqlənsə də, müşahidələrimiz əsasında əhalinin böyük bir hissəsinin eyni yeməkləri hazırladığını söyləmək olar. Bayram axşamı süfrəyə isti yeməklərdən qaraltılı aş, toyuq ləvəngisi, yarpaq dolması, müxtəlif növ salatlar (adətən tək paytaxt salatı hazırlanır), desert kimi bayram şirniyyatları - paxlava və şəkərbura, qoğalı da bura əlavə etmək olar, konfetlər, meyvələr qoyulur. Novruz bayramında spirtli içkilər içilmədiyindən masaya adətən meyvə şirələri, kompot, qazlı sular və s. qoyulur. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Novruz bayramına sayılı günlərin qaldığı, sonuncu çərşənbənin qapıda olduğu bir vaxtda bayrama hazırlıq görülür. Milli bayram olan Novruzda hər kəs qazanının qaynamasına, süfrəsinin boş qalmamasına çalışır. Bəs bir ailənin orta səviyyəli bayram süfrəsi bəzəməsi neçəyə başa gələcək? Əvvəlcə başlayaq Novruzun əsas simvolu hesab olunan səmənidən. Çünki, bayram süfrəsini səmənisiz təsəvvür etmək çətindir. Ölçüsündən asılı olaraq səməninin qiyməti 50 q- 1 manat arası dəyişir. 4 nəfərlik plov dəmləmək üçün isə 25 manat pul lazım olacaq. Çünki, 1 kq düyünün qiyməti 3 manat, 1 kq kərə yağın qiyməti isə 10 manatdır. Zəfəranın 1 stəkanı 1 manatdır. Meyvə qurularından qayısı 8 manat, alça qurusu 7 manat, xurma isə 5 manatdır. Çərəzlərdən qabıqlı qoz və fındığın qiyməti 5 manat, ləpəsinin qiyməti isə 11 manatdır. Şabalıdın kiloqramı isə7 manata satılır. Bayram süfrəsini boyanmış yumurta ilə bəzəmək istəyənlərin nəzərinə çatdıraq ki, kənd yumurtasının qiyməti 15 qəpik, broylerin isə 11 qəpikdir. Süfrəsini paxlava və şəkərbura kimi şirniyyatarla bəzəmək istəyənlər isə 5 manatlarından keçməlidirlər. Hərəsindən 1 kq olmaq şərti ilə meyvə üçün 28 manat xərcləməli olacaqsınız. Bir sözlə 4 nəfərlik bir ailənin normal Novruz süfrəsi bəzəməsi üçün təxminən 70 manat lazımdır. Daha ətraflı xəbərimizdə İzləyək.