İçində iki uşağın olduğu ev alışdı

Qaxda fərdi yaşayış evində yanğın baş verib.

Yanğın nəticəsində evə bitişik tikili və 100 kvadratmetrlik yaşayış evinin çardağı yanaraq yararsız vəziyyətə düşüb.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, yanğın hadisəsi axşam saatlarında Qax rayonu Marsan kəndində, kənd sakini Elsəvər İsaqova məxsus fərdi yaşayış evində qeydə alınıb. Alovlar ilk olaraq evə bitişik 32 kvadratmetrlik yardımçı tikilidən başlayıb. Daha sonra isə 4 otaqlı ümumi sahəsi 100 kavadratmetr olan yaşayış evinə keçib. Yanğın baş verən an ev sahibəsi iki övladı ilə birlikdə evdə olub.

Ev sahibləri evə bitişik yardımçı tikilinin yanmasından yalnız elektrik enerjisi kəsildikdən sonra xəbər tutublar. Qadın dərhal qonşuları köməyə çağırıb və daha sonra Yanğın Mühafizə Hissəsinə xəbər verib. Yanğınsöndürənlər gələnə qədər qonşular evi söndürməyə çalışıb. Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.

Edilən cəhdlərə baxmayaraq 32 kvadrametrlik yardımçı tikili tamamilə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində 100 kvadratmetrlik yaşayış evinin tamamilə yanmasının qarşısı alınsa da, evin çardaq hissəsi yanaraq yararsız vəziyyətə düşüb. Yanğının yardımçı tikilidə olan elektrik naqillərində baş verən qısaqapanmadan baş verməsi ehtimal olunur.

Faktla bağlı Qax Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.

Milli.Az

Длительность: 0:57 Просмотров: 2.2K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: uşaq ev yanğın
Пожаловаться

Похожие видео