Qadını yaşadığı evdə öldürdülər

335 Просмотров

Добавлено: 14.03.2016
Категории: Разное
Тэги: öldürdülər , qadın

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Yevlax şəhərindəki Məcburi Köçkünlərin məskunlaşdığı şəhərcikdəki binalardan birindəki mənzildə qadın meyidi aşkarlanıb. Kəlbəcər rayonunun Zülfüqarlı kəndindən məcburi köçkün, 1930-cü il təvəllüdlü Maral Qara qızı Nəsibova yaşadığı mənzildən ölü vəziyyətdə tapılıb. Mərhumun meyidi qonşuların müraciətindən sonra Fövqəladə Hallar Nazirliyinin Aran Regional Bölməsinin xilasediciləri tərəfindən aşkarlanıb. İçəri daxil olan xilasedicilər qadını ölü halda aşkarlayıblar. Qadının meyidi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yevlax şəhər şöbəsinə aparılıb. Verilən məlumata görə, meyidin üzərində zorakılıq əlamətləri olub. Qonşularının bildirdiyinə görə, Maral Nəsibova mənzildə tək yaşayıb. Hazırda Yevlax Rayon Prokurorluğunda hadisənin baş vermə səbəbi araşdırılır.