Amansız qətl: ər-arvadı evlərində baltaladılar - 1

Qazaxda qeyri-rəsmi nikahda yaşayan yaşlı ər-arvad öldürülüblər.

Kəpəz TV (Region TV) xəbər verir ki, Qazaxda 77 yaşlı kişi və 75 yaşlı qadın qətlə yetiriliblər. Sakinlər uzun illərdir birgə yaşayan Dünya Bakıxanova və Nəriman Osmanovu sakit, mülayim insanlar kimi xarakterizə edirlər. Polis hadisəni törədən şəxs və ya şəxsləri axtarır.

Qətl hadisəsi rayonun Cəfərli kəndində qeydə alınıb. Kənd sakinləri 77 yaşlı Nəriman Osmanov və onunla qeyri-rəsmi nikahda olan 75 yaşlı Dünya Bakıxanovanın üzərlərində müxtəlif xəsarətləri olan meyitləri yaşadıqları evdə aşkar edilib. Qazax Rayon Polis Şöbəsindən bildirilib ki, meyitlərə baxış keçirilərkən onların balta ilə qətlə yetirildiyi müəyyənləşib.

Sülhiyyə Mustafayeva - Cəfərli kənd sakini: "Qazlarım onların həyətinə keçdiyindən onları çıxarmağa getmişdim. Gördüm, pəncərələr açıqdır, şüşələri sındırılıb. İçəri keçib gördüm, Dünya uzanıqlı vəziyyətdədir. Dərhal kəndin icra nümayənədəsini məlumatlandırdım. Gəlib gördülər ki, ər və aravad öldürülüblər".

Rayon Prokurorluğundan verilən məlumata görə, hadisənin kim və ya kimlər tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil. Cinayətkarların müəyyən edilərək tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq davam etdirilir.

Длительность: 1:01 Просмотров: 3.0K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео