Rossiya 24: Bakıda ilk dəfə Formula 1 mərhələsi keçiriləcək

Azərbaycan Formula 1-in xəritəsində yeni nöqtə oldu. Bakı ilk dəfə olaraq Avropa Qran Prisini qəbul edəcək. Yarışlar iyunun 17-dən 19-dək keçiriləcək. Yarış trası şəhərin içində salınıb və onun bir hissəsi Bakının tarixi yerlərindən keçir. Hazırlıq işlərinin gedişi ilə xüsusi müxbirimiz Daniil Maxalin tanış olub.

Daniil Maxalin, müxbir:

"Son illər Bakının ev sahibliyi etdiyi ən böyük idman hadisəsi olan Avropa Oyunlarından sonra, şəhər Formula 1 yarışlarını qəbul etməyə hazırlaşır. Hələlik burada hər şey öz axarı ilə gedir. Avtomobil və taksilər, hərəkətli şəhər həyatı. Lakin artıq tezliklə - bu ilin iyununda həmin bu küçələrlə Formula 1 bolidləri şütüyəcək".

Azərbaycan paytaxtı Formula 1 azarkeşi olan rusiyalı turistlər arasında 2016-cı il üçün ən çox tələbatın olduğu şəhərlərin ilk üçlüyündə yer alır.

Длительность: 3:47 Просмотров: 2.7K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: formula 1 mərhələ
Пожаловаться

Похожие видео