Bakıda qəza törədən sürücü "çırpıldı"

Bakıda qeyri-adi yol qəzası baş verib.

Milli.Az avtosfer.az-a istinadən bildirir ki, hadisə Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" kameraları vasitəsilə qeydə alınıb. Görüntülərdən də məlum olur ki, motosiklet sürücüsü işıqforun qadağanedici qırmızı işığı yanan anda yolayrıcını keçmək istəyir və sürəti artıraraq hərəkəti davam etdirir. Bu zaman tam normal şəkildə yolu keçməyə çalışan iki piyadanı vuran motosiklet sürücüsü çətin vəziyyətə düşür.

Xoşbəxtlikdən piyadalar bir qədər ayıqlıq göstərərək qəzadan qismən yayına bilirlər. Piyadalar isə hirsini sürücüdən çıxaraq onu əlləri ilə vurmağa başlayırlar. Hətta, onlardan biri əlindəki yükü sürücünün başına çırpır.

Videoya diqqət etdikdə daha bir maraqlı məqam ortaya çıxır. Qarşı yolla hərəkət edən digər motosikletçi işıqforda iki piyadanın motosiklet sürücüsünü vurduğunu gördükdə dərhal istiqaməti dəyişərək köməyə gəlir. O, dəbilqəsini çıxararaq mübahisə edənlərə yaxınlaşır.

Milli.Az

Длительность: 0:43 Просмотров: 6.5K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: qəza sürücü
Пожаловаться

Похожие видео