Mövsüm bitdi, 11 nəfərə cəza kəsdilər

KANAL S (REGİON TV) xəbər verir ki, ov mövsümünə yekun vurulub. Bu mövsümü ovçular üçün uğurlu saymaq olar. Ancaq qanunsuz ovlama faktları narahatlıq doğurur. Belə ki, ötən mövsümdə Zaqatalada 10-dan çox şəxs qanunsuz ovçuluqla məşğul olduğu üçün şəxs saxlanılıb.

Zəngin fauna və floraya malik Zaqatalanın meşələri, dağları ovlanmasına qanunla icazə verilən heyvanlarla zəngindir. Ötən ov mövsümündə rayon ərazisində vətəndaşlara 2 ədəd çöl donuzu, 5 ədəd təkə,17 ədəd dovşan, 3 ədəd vəhşi quşların ovlanmasına lisenziya verilib.

Bu dövr ərzində 11 nəfər qanunsuz ovla məşğul olduğuna görə qurumun əməkdaşları tərəfindən saxlanılıb. Onların hər birinə 1000 manat məbləğində cərimə tətbiq olunub. Bundan başqa, həmin şəxslərdən 8 ədəd dövlət qeydiyyatında olmayan silah götürülərək dövlətə təhvil verilib. Ümumiyyətlə isə ötən illərdə ov mövsümündən sonra da qanunsuz ov hallarına rast gəlinib. Qurum tərəfindən belə hallarının qarşısını almaq məqsədilə müvafiq tədbirlər görülür, vaxtaşırı reydlər həyata keçirilir.

Öv mövsümü heyvanların növünə görə tənzimlənir. Mövsümdə yalnız ovçuluq lisenziyası olan şəxslər əvvəlcədən ovlayacaqları ovun rüsumunu ödəməklə icazə verilmiş ərazilərdə ov edə bilərlər. Rüsum haqqı isə heyvanın növündən asılı olaraq 31 qəpikdən 25 manatadək dəyişir.

Ovçuluq lisenziyası almaq üçün dövlət qeydiyyatında olan ov silahı və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ovçuluq şəhadətnaməsinin alınması vacibdir. Yalnız bundan sonra vətəndaşa ovçuluq etmək üçün müvafiq lisenziya verilə bilər.

Milli.Az

Длительность: 2:02 Просмотров: 2.2K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: Ov mövsümü cəza
Пожаловаться

Похожие видео