"Ermənistan işğal etdiyi ərazilərdə çirkli pulları yumaqla məşğuldur"

198 Просмотров

Добавлено: 13.03.2016
Категории: Разное
Тэги: pul

"Bu şirkətlərin beynəlxalq kriminal-cinayət şəbəkələri ilə əlaqələri var" Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev REGİON TV-yə önəmli açıqlamalar verib. Nazirlik rəsmisi XİN-in hazırladığı "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər" adlı hesabatda diqqət çəkən məqamlardan danışıb: "İşğal olunmuş Azərbaycan torpaqlarındakı təbii sərvətlər, xüsusilə də dağ-mədən sənayesi istiqamətindəki təbii resurslar Ermənistan tərəfindən amansızlıqla talan edilir. Burada nümunə olaraq Kəlbəcəri göstərmək olar. Ermənistan qızıl ixrac edən bir dövlət deyil, amma 2014-cü ildə dünya bazarına 3,6 ton qızıl çıxarıb. Buradan da bəlli olur ki, Azərbaycanın işğal olunmuş ərazilərində, xüsusilə də Kəlbəcərdəki yataqlar talan edilmiş və oradan çıxarılan qızıl dünyaya satılmışdır. O cümlədən başqa sərvətlər də, məsələn, Tərtərin işğal olunmuş ərazilərindəki daş kömür yataqları, digər ərazilərdəki dəmir filizi, gümüş və başqa təbii resurslar da çıxarılaraq satılmışdır".