Zədələnmiş pulları nə edək?

RTV (REGİON TV) xəbər verir ki, cəmiyyətdə bu mövzuda dialoqlara gün ərzində bir çox yerlərdə rast gəlmək mümkündür. Əskinasların zədələnməsi və ya cırılması əksər hallarda səliqəsizlik ucbatından baş verir ki, bunun da məsuliyyətini istifadəçi özü daşıyır. Elə məqamlar da olur ki, ticarət və iaşə obyektlərində müştərilərə zədələnmiş pullar verilir. Əskinaslara diqqətlə yanaşmayan şəxslər isə sonra bu səbəbdən bir sıra çətinliklərlə üzləşirlər.

Əskinaslar zədələndikdə bəzi şəxslər pulun artıq istifadəyə yararsız olduğunu düşünürlər. Lakin bu belə deyil. Müəyyən şərtlər daxilində zədələnmiş pulları yenisi ilə əvəz etmək mümkündür.

Kağız pulların zədələnməməsi üçün ilk növbədə portmanatdan istifadə etmək məqsədəuyğun hesab edilir. Çünki əskinasların birbaşa cibdə gəzdirilməsi zədələnmə hallarını artıra bilər. Mərkəzi Bank haqqında Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə əsasən, zədələnmiş əskinasları hər bir bank mərkəzi və ya filialı dəyişə bilər.

Mərkəzi Bankın məlumatına görə, dövriyyədən çıxarılmış zədələnmiş pulların yenidən dövriyyəyə buraxılmasına icazə verilmir. Hər il təqribən 100 min manatdan artıq zədələnmiş əskinas Mərkəzi Banka təhvil verilir. Azərbaycanda pul əskinaslarını zədələyən şəxslərə qarşı cəza tədbiri nəzərdə tutulmayıb. Mütəxəssislərin fikrincə, ümumiyyətlə, pullarla kobud rəftar həm sosioloji, həm də psixoloji problemlərdən də qaynaqlana bilər.

Длительность: 2:48 Просмотров: 3.1K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: pul müştəri əskinas
Пожаловаться

Похожие видео