Avtobusun qapısı açıq, sərnişin daşıyır

Sərnişinlər qapısı açıq qalmış avtobusdan sallanmış vəziyyətdə hərəkət edirlər. Bu hal Bakıdakı bir avtobus maşrutunda qeydə alınıb. Sərnişinlərin həyatı təhlükədə olsa da, sürücü marşrutu elə idarə edir. Bəs bu situasiyada günahkar kimdir?

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, belə hal 165 saylı maşrutdakı bir avtobusda çəkilib. Sürücü vəziyyətə görə sərnişinləri günahkar sayır.

Məsələyə münasibət bildirən həmin marşrutun dispetçeri bildirib ki, belə hallara yol verən sürücü aşkarlandıqda cəzalandırılır. Sərnişinlərin məsələyə münasibəti isə birmənlıdır.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Rauf Mirqulamov isə qeyd edib ki, agentlik bənzər hallardan xəbərdardır və yaxın vaxtlarda qarşısını almaq üçün yeni ciddi islahatlar aparacaq.
Milli.Az

Длительность: 1:34 Просмотров: 1.9K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео