Cəriməsi sistemdə yoxdu, amma maşına həbs qoyuldu

Sürücü qaydanı pozduğu üçün ünvanına gələn protokolda nəzərdə tutulan cəriməni ödəyə bilmir. Çünki ünvana gəlməsindən 3 ay keçsə də cərimə ödəniş sisteminə yüklənməyib. Nəticədə sürücünün avtomobilinə həbs qoyulub. Odur ki, qanunvericiliyə əsasən elektron protokolla tərtib edilən cərimələrin hansı formada ödənilməli olduğunu araşdırmışıq.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, Elnur Abdullayev yol hərəkəti qaydasını pozduğunu qəbul edib cəriməsini ödəmək istəsə də buna müvəffəq olmayıb. Üstündən 3 ay keçəndən sonra maşını cərimə meydançasına qoyulub. Baxmayaraq ki, qanunla bu hal yolverilməzdir.

Avtomobil başqası tərəfindən idarə edilərsə və ya sürücü ittihamla razılaşmadığı halda 10 gün müddətinə vəsatət qaldıra bilər. Vəsatət etibarlı sayılsa protokol ləğv edilməli və yaxud başqa şəxsə yönləndirilməlidir. Yəni sürücü ittihamı qəbul etdiyi halda yol polisinə getməyə ehtiyac olmamalıdır.

Hətta elektron avadanlıqlar vasitəsi ilə qeydə alınan qayda pozuntuları vaxtında sistemə salınmamasına görə yol polisi cərimələnə bilər. Bunun üçün sürücü prakurorluğa müraciət etməlidir.
Milli.Az

Длительность: 2:05 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео