Azərbaycanda 3 körpə küçəyə atıldı

316 Просмотров

Добавлено: 13.03.2016
Категории: Разное
Тэги: körpə , küçə

Körpəni dünyaya gətirib küçəyə atdılar. Bu gün 3 belə xəbər yayılıb. Xəbərlər Ağdam, Sabirabad və Bakıdandır. Hətta bir ana yenicə doğulmuş körpəsindən imtina edərək xəstəxanada qoyub gedib. Bəs ana yeni doğulan körpəsindən niyə imtina edir? Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, kimi illərlə övlad həsrəti çəkir, kimisi də dünyaya gətirdiyi körpəsindən imtina edib küçəyə atır, hətta doğum evində qoyub qaçır. Bu gün Azərbaycanda 3 ürək ağrıdan belə xəbər gəlib. Ağdamın Şıxbabalı kəndindən məcburi köçkün olan 37 yaşlı Kifayət Ağayeva rayon mərkəzi xəstəxanasında dünyaya gətirdiyi qız övladından imtina edib. Doğuşdan öncə bunu həkimlərə bildirən qadın körpəni xəstəxanada qoyaraq çıxıb gedib. Doğuş zamanı heç bir yaxını xəstəxanaya gəlməyən qadının imtina etdiyi körpəsinin zəruri sənədləri hazırlanaraq Bakı şəhər 1 saylı Körpələr Evinə göndərilib. Bənzər hadisə Sabirabadda olub. Oğlan uşağı dünyaya gətirən qadın onu küçəyə atıb. Körpə Sabirabad Regional Doğum Evinə təhvil verilib. Daha bir ürək ağrıdan hadisə Bakıda yaşanıb. Yasamal polisi küçədən yeni doğulmuş oğlan uşağı taparaq 1 saylı Körpələr Evinə təhvil verib. Sosioloqlar belə hadisələri cəmiyyətin bəlası adlandırır. Bu vəziyyətin yaşanmasında məsuliyyəti birbaşa analar daşıyır. Sosioloqun sözlərinə görə, belə halların qarşısını almaq üçün xüsusi fəaliyyət planı hazırlanmalı və ciddi addımlar atılmalıdır. İnsanların isə bu məsələyə münasibəti birmənalıdır. Milli.Az