Bakının zibilli küçələri: natəmizlik artır

Paytaxtın bəzi küçələrində, xüsusən də piyadaların hərəkət etdiyi səkilərdə zibil qutuları yoxdur. Bəzi insanlar da əllərindəki tullantıları hara gəldi atırlar. Bu isə ətrafda olduqca natəmiz görüntü yaradır. Əməkdaşlarımız səkilərdə zibil yeşiklərinin olmamasının səbəbini araşdırıblar.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, piyada səkiləri, yol kənarları, hətta ağacların dibləri ətrafa natəmizlik saçır.

Yasamal rayonu, Nazim Hikmət küçəsində olduğu kimi. Rayon ərazisində piyadaların hərəkət edən hissəsində zibil qutuları yoxdur.

Oxşar mənzərə Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində də müşahidə olunur. Burada da yol kənarları tullantılar məskəninə çevirilib.

Məsələ ilə bağlı ərazilərə nəzarət edən Mənzil-Kommunal İstismar sahələrinə müraciət etdik. 22 saylı Mənzil-İstismar sahəsindən bildirildi ki, piyada səkilərində zibil qutularının olmamasının səbəbkarı elə sakinlər özləridir. Çünki sakinlər zibil yeşiklərdən təyinatına uyğun istifadə etmirlər.
Milli.Az

Длительность: 2:09 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео